Welcome to Animaral Çizgi Film Sinemasi!


     Languages
Site Lisanını Seçin

English Turkish

     Konular
  Animasyon
  Resim ve Grafik
  Mimari
  Haykelteraşlık
  Sanat Tarihi
  Sinema
  Çok Okunanlar
  Arşiv

     Ana Meno

     aniMaral Galerisi
  Ana Sayfa
  Filmlerimizin İmajları
  İllüstrasiyon
  Çizimler
  Başka Arka Planlar
  Design
  Gifler

     Videolar
  Ana Sayfa
  Demoreel
  Sincab
  Design
  Nevruz Bayramı
  Video Ara

     Learn English


     User Information
Hoşgeldin, Anonymous
Üye Adı
Şifre
Güvenlik Kodu: Güvenlik Kodu
Güvenlik Kodunu Girin

(Kayıt Ol)
Üyelik:
Son Üye: nachione
Bugün: 0
Dün: 0
Toplam: 14

Şu An Bağlı:
Ziyaretçi: 5
Üye: 0
Toplam: 5

     Reklam Sifarişi
aniMaral-da Reklam

     Page Rank
Page Ranking Tool

     Linkler
animaral.ir

     Visitors
free counters

 Animasiya Üzre Tehsilinin Önemi - I

Animasyon - Animasiya
Fizgi Film Öyrenişi Animasiya üzrə təhsilin önəmi (Birinci Hissə)

Yazan: Jim Korkis

Bu zamanlar, maraqlı və həvəskar animatorların peşələri və sənətləri üzrə lazim olan məharətləri öyrənmək üçün çoxlu imkanlar var; Universitet, Fakultə, kitab, dərgi və belə xüsusi kilaslar. Şövqlü bir öyrənci üçün bu sənətin professional və adlım ustalarının yol göstəriciliyi belə əl çatmaz deyil.

Ancaq bir əsr öncə karikaturaçılar, karikaturanın yeni forması, daha doğrusu Hərəkətli karikatura ilə tanış olurkən vəziyyət bam_başqa idi. Erkən dövr cizgi filmləri sadəcə yeni bir fenomen və sehirbazlıq sayılırdı. Erkən dövr animasiyanın məhdud tamaşaçıları, şəkilləri, əyləndirici qılacaq neçə duzlu hərəkət ilə razılaşırdılar. Başqa sözlə animasiya müstəqil sənət deyil, karikaturanın yan qoluydu.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 01.06.2009 Saat: 15:32 (42 okuma)
(Devamı... | 9042 byte kaldı | Puan: 0)

 Kuklanın Gerçek Gözleri

Animasyon - Animasiya
Madam Tutli-Putli - Qisa Animasiya ucun Oskar Mukafatı Namizedi Kuklanın Gerçək Gözləri
Ən yaxşı qısametrajlı animasiya filmi oskarı namizədi
Madame Tutli-Putli filmi üzrə

Ağır səfər yükünün altında beli əyilmiş və keçmişin xatirələri ilə əhatə olunmuş Madame Tutli_Putli artıq səfərini başlayır və səfərinin ilk başından rahatsız edən qəribə xarakterlər ilə üzləşir; "Düşmanınız ilə necə davranmalısınız?" adlı bir kitabı oxumaqda olan qəribə bir oğlan uşağı və yanında isə dərin yuxuya dalmış babası, Çamadanlarında oturan iki şahmat oyunçusu; daha doğrusu təsadüfə boyun əyib qatarın hərdən bir atılıb_düşməsi üzündən şahmat fiqurlarının oynatılmasını izləyən iki adam və gözlənilməz bərabər yatmaq təklifi ilə Tutli_Putlini təlaşa salan ünlü bir tennis oyunçusu. Ancaq bu qəribə əhvalat önündəki sirrili gecə ilə qarşılaşmaq üçün daha ayıq_sayıq olmasına məcbur edir.

Gecə ikən qatar qısa zaman dayanır. Tutli_Putlidən başqa bütün yolçular dərin yuxuya dalmışlar. Qatar dayanmışkən pis niyyətli olduqları bəlli üç kişi qatarda görünür. Bu üç kişi qatarda yaşıl bir duman yayırlar. Sonrası qatar boşalmış və Tutli_Putli qatarın tək yolçusu olaraq gerçək və məcazın iç_içə girdiyi bir dünyada sirrili və metafiziki bir hadisə ilə üz_üzə qalır. ...

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 06.04.2009 Saat: 08:58 (99 okuma)
(Devamı... | 7531 byte kaldı | Puan: 0)

 Vinsent Van Qoq

Resim ve Grafik

Van Qoqun oz portreti Vincent van Gogh (Vinsent Van Qoq)



Vincent Willem van Gogh (30 Mart, 1853 - 29 İyul, 1890) Hollandiyalı rəssam, Avropa sənət tarixinin ən böyük rəssamlarından biri olaraq tanınır. Van Gogh, bir keşişin oğulu olaraq 1853-cü ildə Hollandiyanın cənubunda bir kənddə anadan olmuş. 19. əsrin yazğısı ən tragik sənətçilərindən biri olan Van Gogh, içində sürəkli böhranlar yaşar və heç bir işə yaramadığına ...




Sənəti

İlk dövr qaraqələm işlərində mədən işçilərini, kəndliləri mövzu etmiş; kartof (yeralma) yığanları, toxuma dəzgahı kimi mövzuları işləmiş bir yandan da cansıxıcı göylər və tünd rənglərlə iç qarardıcı mənzərələr təsvir etmişdir. Kartof Yeyənlər tablosu bu kədərli və iç qarardıcı dövrünə işarə edir.

1885 tarixli tabloda (Şəkil 1) gündəlik həyat mövzu olunubdur. İşçilər öz əkdikləri kartofları paylaşaraq yeyirkən göstərilmişlər. Tək işıq qaynağı yuxarıdan sallanan bir lampadır. Lampanın işığı kartofları işıqlandırır. Şəkilin daxilində eyni rəng və tonlar hakimdir. Yaşılın və qəhvəyinin tünd tonları. Kartofun tozlu rəngini əldə etməyə çalışdığı aydındır. Bütün şəkilə hakim olan rəng yabani kartof rəngidir. Şəkilin kədərli və qaranlıq görünüşü və yoxsul insanların üzləri melanxolik bir atmosfer yaradıb. Bu cür insanları müşahidə edən Van Gogh da yoxsulluğun nə demək olduğunu bilirdi bu dövrlərdə qardaşına yazdığı bir məktubda " Belə davam etsə hədəfimə çata bilməyəcəyəm. Bu qədər uzun zaman ac qalmasaydım bünyəm daha qüvvətli olardı. Lakin hər dəfə, daha az çalışmaq ilə ac qalmağın ikisindən birini seçmək məcburiyyətində qaldığımda, həmişə ac qalmağı seçdim. Bir insan buna necə dözə bilər' Aclığın təsirini tablolarımda elə görə bilirəm ki gələcəyim üçün narahat oluram".



Ardı üçün "Devamı"nı basın.


Gönderen: belad Tarih: 06.02.2009 Saat: 06:34 (248 okuma)
(Devamı... | 25982 byte kaldı | Puan: 0)

 Edebiyyat ve Animasiya

Animasyon - Animasiya
Tepegoz Ədəbiyyat, Folklor və Animasiya

İstər şifahi istərsə məktub ədəbiyyat bütün yer üzü xalqlarının ortaq incəsənət janrıdır. Tanınmış ən qədim məktub ədəbiyyatın tarixi təxminən 4000 il miladdan qabaq olsa da yəqinki şifahi ədəbiyyat bu tarixdən xeyli qabaq (bəlkədə bəşər danışmağı öyrənəndən bəri) yaradılmağa başlamış və sinədən sinəyə köçürülərək uzun zamanlar yaşadılmışdır. Hər xalqı tanımaq üçün o xalqın ədəbiyyatını tanımaq yetər belə. Əsil ədəbiyyat xalqın özəlliklərini, ənənələrini və adətlərini əks etdirir və həmin adət_ənənələri yaşadır. Bütün dövrlərin müxtəlif incəsənət janrları isə ədəbəyyat əsərləri ilə sıx əlaqədə olmuş. Teatr, rəssamlıq, heykəl və başqa incəsənət janrlarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Kino sənəti isə doğulduğundan bəri başqa sənətlər kimi ədəbiyyatla sıx əlaqəqəyə girmiş. Təbii ki kinonun bir qolu olan animasiya da bu əlaqədən uzaq qalmamış.

Ardı üçün "Devamı"nı basın.


Gönderen: belad Tarih: 12.01.2009 Saat: 18:39 (220 okuma)
(Devamı... | 10175 byte kaldı | Puan: 0)

 İncesenet III

Art History
İncesenet III İncəsənət və Sənətkar (Üçüncü (Son) Hissə)

Geyim, gül və yemək masasına həddən artıq fikir verənlərin, belə şeylər bu qədər diqqət yetirməyə dəyməz deyə vasvası olduqlarına inanmağımız mümkündür. Ancaq gündəlik həyatda pis sayılan və çox vaxtlar başqalarından gizlətdiyimiz adətlər, incəsənət aləmində yüksək dərəcədə dəyərli və yararlı ola bilər. Rəssam, formaları cürləşdirmə yaxud rəng düzülüşü məsələsinə toxunduqda, "vasvası" və ondan da belə çox, nəhayət dərəcədə "Müşkülpəsənd" olmalıdır. O bizim əsla diqqətimizi çəkməz ya da çox az çəkən incə kölgəlik (Ton) dərəcə ixtilafları yaxud sturukturları (Texture) sezə bilir. Əlbəttə ki onun işi, bizim gündəlik həyatda ehtimalən qarşılaşdığımız məsələlərdən qat-qat dolaşıq və çətindir. O sadəcə neçə rəng, forma və S. kimi şeylər arasında müvazinət yaratmaq deyil, saya gəlməzcə halətləri sınamalıdır. Məsələn tablosundakı yüzlərcə Ton və Formaların "doğru" tərkibini əldə etmək üçün, dəfələrcə onları aşağı_yuxarı, oyan_buyan etməsi və tərkibi pozub yenidən başlaması belə mümkündür. Məsələn bir yaşıl rəngin tünd bir Göyün yanında durması üzündən həddən artıq sarıya çalması mümkündür. Ona görə də, hər şey korlandı, uyuşmazlıq çıxdı deyə başdan başlaması mümkündür. Tərkib və düzülüşün döğru olub_olmadığı məsələsi bəzən ona əzab verib yuxusunu qaçıracaq qədər belə başını qatır və saatlarca tablosu önündə durub fırça ilə oyan_buyana rəng artırıb sonra pozub yenidən rəng yaxır. Bu incəliklər bizim əsla sezməyəcəyimiz şeylərdir. Ancaq sənətkar işini uğurla bitirsə, artıq heç bir şey artılıb_əskilməz bir tablo əldə edəcək, yəni "doğru_düzgün" bir əsər; başqa sözlə, kamalsız bir dünyada, bitkinliyə bir örnək.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 29.12.2008 Saat: 19:49 (218 okuma)
(Devamı... | 20661 byte kaldı | Puan: 0)

 İncesenet II

Art History
İncesenet İncəsənət və Sənətkar (İkininci Hissə)

Şəksiz bu biraz şişirtilmiş misaldır (birinci hissənin sonunda çəkilən misal), ancaq buna bənzər yanlışlıqlar nadir və ehtimalsız deyil. Hamımız anlaşılan və alışdığımız rəng və şəkilləri doğru rəng və şəkillər sanmağa meyl göstəririk. Uşaqların çoxusu göy üzündəki ulduzlar, həndəsi ulduz şəklində olmalıdır deyə düşünürlər, buna baxmayaraq ki hamımız ulduzların əsl və təbii formalarının elə olmadığını bilirik. Bir tabloda Göy və Çəmən illah göy və yaşıl olmalıdır deyənlər də bu uşaqlardan qalıcı deyillər, tabloda başqa rəngləri görcək hirslənərlər. Ancaq yaşıl çəmənlər və göy səmalar barədə bütün eşiddiklərimizi unudub, sanki daha öncə bu dünyanı heç görməmiş, yenicə başqa planetdən gəlib bu dünyaya ayaq basan bir araşdırıcı kimi dünyamıza baxar olsaq, dünyamızın çaşdırıcı və əcib_qərib rənglərə boyandığı aydın olar. Rəssamlar da çox vaxtlar buna bənzər kəşfiyat səfərindən gəldiklərini sezir, yaddaşlarındakı təsəvvürləri, öncələr üzərində israr etdiyi üsullar və eşiddiklərini buraxıb dünyanı yenidən izləmək istiyirlər və artıq Əti qırmızı, Almanı isə sarı yaxud al rəngdə görmək istəmirlər. Yaddaşımızda yerini bərkidən bu yanlış təsəvvürlərdən qurtulmaq o qədər də sadə deyil, ancaq bunun üstündən doğru_düzgün gələ bilən rəssamlar ən coşqun və könül oxşar əsərlər yaratmışlar. Yuxuda belə görmədiyimiz yeni təbiət gözəlliklərini bizə tanıtdıranlar da elə bu usta yaradıcılardır. Onlardan dərs alıb getdiyi yollarını tutsaq, otağımız pəncərəsindən eşiyə qısa bir baxış belə, bizi həyəcanlandıra bilər.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 30.11.2008 Saat: 20:36 (267 okuma)
(Devamı... | 17501 byte kaldı | Puan: 0)

 İncesenet I

Art History
İncesenet İncəsənət və Sənətkar (Birinci Hissə)

Əsas olaraq "Mütləq Sənət" deyə bir şey yoxdur, ancaq sənətkarlar vardır. Sənətkarlar (və xüsusilə Rəssamlar), bir zamanlar rəngli kəssəkləri yerdən götürüb Camış və başqa heyvanların rəsmini mağara divarları üzərinə çəkən insanlar idi. Bizim çağda isə rəssamlar rənglərini hazır olaraq dükanlardan alıb Reklam posterləri dezayn edirlər; və bu uzun tarixi zaman içində nələr ki baş verməmiş. İncəsənət sözcüyünün müxtəlif dövrlərdə və coğrafiya məkanlarında bir_birlərindən ayrı və fərqli (və bəlkə də bir_birlərinə zidd) olaraq qavranılması şərtini nəzərə alaraq, bu hadisələrin hamısını Sənət saymaq məsələsizdir və bunu da unudmamalıyıq ki mütləq incəsənətin mövcudiyyəti yoxdur. Çünki mütləq anlamda sənət, artıq xəyali büt halına dönübdür. Bir sənətkara, yaratdığın şey öz taylarına görə əla bir şeydir ancaq "İncəsənt" sayılmaz desəniz, onu incitmiş olacaqsınız, və bir tablonu bəyənmiş kimsəyə, bəyəndiyin şey "İncəsənt" yox başqa şeydir desəniz onu heyrətləndirib rahatsız etmiş olarsınız. Doğrusu mən bir heykəl yaxud bir rəsmin bəyənilməsinin yanlış səbəbləri olduğuna inanmıram. Kimi bir tablonu ona vətənini andırdığı üçün, kimi isə bir portreti dostuna bənzədiyi üçün sevir. Bunun heç məsələsi yoxdur. Hamımız bir tabloya baxarkən, o tablonu bəyənəcəyimizi yaxud bəyənməyəcəyimizi təsirləndirə bilən minlərcə şeyi xatırlamağımız mümkündür. Bu xatirələr, müşahidə etdiyimiz əsərdən daha həzz almağımıza səbəb olarsa heç məsələ yaratmaz, ancaq əlaqəsiz bir xatirə bizi önfikirləməyə yönəldirsə məsələ ilə qarşılaşacağıq. Məsələn mümkündür özümüz belə sezmədən sadəcə yüksəklik və dağdan qorxumuzun təsiri altında əla bir dağlıq mənzərənin rəsmindən zəhləmiz belə gedsin. Belə durumlarda bir əsərdən ala biləcəyimiz həzzlərə əngəl olan içimizdəki və yaddaşımızdakı səbəbləri araşdırmalıyıq. Qətiyyən bir sənət əsərinə qarşı pis münasibətlərimizin səbəbləri doğru deyil.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 20.11.2008 Saat: 21:48 (387 okuma)
(Devamı... | 27607 byte kaldı | Puan: 0)

 Walt Disney

Animasyon - Animasiya
Walt Disney Walter Elias Disney - Uolter Elayas Disney (1901 - 1966)

Amerikalı cizgi film rəssamı və komiks (comic strip) yazıçıs Uolt Disney, yaratdığı fiqurları satışa çıxarmaqda və bu yolla təcrübi filmlərinin məxaricini təmin etməkdə usta idi. Disneyland və Disney World adlı əyləncə parklarını açmaqla tətil sənayesinin qabaqcılları sırasına girdi. Şikagoda anadan olan Disney, orta səviyyəli bir ailənin uşağı olaraq böyüdü. Çox məhdud olan cibxərcliyini artırmaq üçün qəzet dağıdırmış. 1916dan sonra Kanzas City Sənət İnstitutu kurslarını davam etdirdi. Birinci Dünya Döyüşü sıralarında Fransada ambulans sürücüsü olaraq əsgərliyini keçirdi.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 11.11.2008 Saat: 17:58 (268 okuma)
(Devamı... | 8465 byte kaldı | Puan: 0)

 NESNELERİ ETİR SAÇAN KİNO

Kino
KameraSNƏLƏƏTİR SAÇAN KİNO İLLUZİYASININ GERÇƏKLİKLƏRİ

1895-ci ildə şəkilləri hərəkətə gətirməklə yeni sənət növünün - kinonun əsasını qoyanda Lümyer qardaşlarının heç yatsalar yuxularına da gəlməzdi ki, nə vaxtsa onların xələfləri tamaşaçılara, məsələn, tapançanın lüləsindən çıxan, adi gözlə heç izini belə görmək mümkün olmayan güllənin hərəkətini həmin güllənin hərəkət sürəti ilə eyni sürətdə müşahidə edən seyrçinin görmə nöqtəsindən izləmək kimi qeyri-adi bir şans verəcəklər. Amma o vaxt ağla gəlməyənlər bu gün reallıqdır: müasir tamaşaçı ekrana baxa-baxa relsin (Dəmir Yolu) üzərinə uzanıb sürətlə hərəkət edən qatarın təkərlərinin necə fırlanmasını, yaydan çıxıb hədəfə doğru süzən oxun öz qurbanının köksünə sancılana qədər davam edən hərəkətini izləmək, ox kimi süzən ceyranın ürək döyüntülərini onun yanı ilə qaça-qaça duymaq, bir sözlə, dünyanı yalnız normal görmə qabiliyyətinin verdiyi imkanlar daxilində yox, həm də qarışqanın, quşun, öz yuvasından boylanan ilanın, daha neçə-neçə nələrin və kimlərin baxış bucağından görmək səadətinə qovuşur. Reallığın qavranılma prosesində məkana, məkandakı predmetlərə, proseslərə fəzanın bütün nöqtələrindən baxa bilmək imkanı yaratması, şubhəsiz ki, kinonun əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir.
Amma kino bununla kifayətlənmir və kinoçular elmin, texnikanın nailiyyətlərindən bəhrələnərək ekran dilini daha da zənginləşdirmək, gerçəkliyin ekran vasitəsi ilə qavranılmasını daha da asanlaşdırmaq üçün yollar axtarırlar: yeni montaj üsulları üzərində eksperimentlər aparılır, ekran təhkiyəsinin akustik sırası təkmilləşdirilir, tamaşaçının duyğularını qıcıqlandırmağın, yeri gələndə onu şoka salmağın təzə konsepsiyaları hazırlanır.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 12.10.2008 Saat: 20:09 (281 okuma)
(Devamı... | 36961 byte kaldı | Puan: 0)

 Şel Silversteyn

Resim ve Grafik
shel_silversteinGecə gəzərkən

Gecəni gəzib,
İsinmək üçün isti bir yer axtarırkən,
O yanımdan keçəndə, dedim:
"Hey, kipriklərində qar dənəcikləri var"
Və o gülərək:
"Qar deyil..."
"Tanrının göydə silkədiyi balışdan tökülən pərqulardır" - dedi.
Və gülümsəyən dodaqlarını açdı,
Taki bir qar dənəciyini üfürsün.
Və ikimizdə güldük
Sonra gözlərinə baxdım,
Və gözləri
yenə isinəcəyim yer idi...

Şel Silversteyn

"Bağışlayan Ağac", "Yuxarı Düşmək" və "Çardaqda İşıq" və S. kimi populyar uşaq kitabları üçün dünya şöhrətini qazanmış "Shel Silvestrein" gerçekden yunikal və çoxyönlü sənətkar idi; O məşhur şair, dramaturq, illüstrator, ssenarist və nəğməkar şair idi. Shel Silvestrein bütün əsrlərin ən populyarlarından və uşaqların ən çox sevdiyi yazıçılardan biri olaraq bütün dünyada 10 milyonlarca oxucunu heyran etmişdir.

Dahi "Sheldon Allan Silverstein" Sentyabr 25, 1930-da Çikaqoda anadan olmuş. Ancaq bir az özü barədə danışmağı sevərdi. 1975-də "Publishers Weekly"-yə, "Mən uşaq ikən, çox yaxşi bir beysbol oyunçusu yaxud qızların bəyəndiyi birisi olmaq istərdim, artıq nə beysbol nə də rəqs bacara bilmədim. Buna görə rəsm çəkməklə yazmağa başladım. Təqlid edəcəyim yaxud ondan təsirlənəcəyim kimsəm olmadığı üçün çox şanslıydım və öz stilimi inkişaf etdirdim" demişdi. 1950-lərdə Yaponiya və Koreyada əsgər olanda "Pacific Stars and Stripes" xəbərnaməsinin yetişkən oxucuları üçün ilk karikaturalarını çəkər. Həmçinin gitara çalmağı və mahnı yazmağı öyrənər; sonralar Johnny Cash üçün "A Boy Named Sue (Sue adlanan bir oğlan)" və Dr. Hook üçün isə "The Cover of the Rolling Stone" kimilərini yaradacaq bir istedad.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 23.09.2008 Saat: 23:53 (479 okuma)
(Devamı... | 26033 byte kaldı | Puan: 0)

 Görünüş sabitliyi (Persistence of Vision)

Kino
Görünüş sabitliyi (Persistence of Vision)

Ümumiyyətlə bütün film üzrə yazılan mətnlərdəki hərəkət məsələsi yanlış olaraq qavranılır. "Görünüş sabitliyi" hərəkət təsəvvürü üçün gərəkli deyil. Bunca bu nəzəriyyə üzrə inad etmək əlaqədar faktik mexanizmləri açıqlamaqdansa daha çox bəzi kino alimlərinin bərk və təssüratlı dünyalarına aiddir."
(Bill Nichols and Susan J. Lederman)

Təxminən 1980lərdə, neçə yazıçı, uzun müddət hərəkət təsəvvürü qavrayışı üçün istinad edilən və göz (bəzi yazılara görə isə göz_beynin) qüsuru olaraq qeydə verilən "Görünüş Sabitliyi" (Persistence of Vision) məsələsi, ancaq hərəkət təsəvvürü qavrayışına görə arxaik bir anlayış olaraq uzun zaman öncə psixoloqlar və fizioloqlar tərəfindən arxada bıraxılmışdır deyə xəbərdarlıq etdilər. kino yazıçıların çoxusu (bəzən hələ də) bu məqalələrdən xəbərləri olmayaraq yaxud onlara inanmıyaraq genə də Görünüş Sabitliyini hərəkət qavrayışının əsl prinsiplərindən biri olaraq məqalələr yazmağa davam edirlər. onlar danışıqlarda, bu termin çox sadə, zərif və belə poetikdir deyirlər. Ancaq bu anlayışın yanlışlığından xəbərləri yoxdur bəlkə də heç maraqlanmırlar.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 17.09.2008 Saat: 11:13 (334 okuma)
(Devamı... | 17958 byte kaldı | Puan: 0)

 Wall.E

Animasyon - Animasiya
Wall-e-animasiya"Wall.E"
Disney-pixar_ın yeni şahəsəri


Dastan xülasəsi

"Wall.E" zibil yığan bir robot adıdır. "Wall.E" 700 il boyunca ona tapşırıldığı iş (zibil yığma) ilə uğraşar artıq EVE adlı şik bir araşdırıcı robotla tanış olcaq yaşama baxışı dəyişir yenilənər. EVE, "Wall.E"_nin gələcək həyatın ona bağlı olduğu bir bitkini təsadüfü olaraq qoruduğunu öyrənər, bulduğunu, "evə arxayın dönmək olarmı yoxsa xeyr?" deyə şövqlə intizar çəkən insanlara çatdırmaq üçün durmadan fəzaya geri dönər və "Wall.E" onu fəzada izliyib ən həyəcanlı komedi və sevda macəralarından birini kino pərdələri üzünə çəkdirər.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 13.08.2008 Saat: 10:40 (338 okuma)
(Devamı... | 12481 byte kaldı | Puan: 0)

 Stop-motion texnikası ve tarixi

Animasyon - Animasiya
Stop MotionStop-motion, kukla

Stop-motion texnikası və tarixi

"Stop Motion" sabit nəsnələri hərəkət edərmiş kimi göstərən bir animasiya texnikasıdır. Kuklalar və ya oyun xəmiri/lateks/silikon ilə yoğrulmuş modellər istifadə edilər, tək kadr (tək Fram) çəkmə xüsusiyyətinə sahib Digital və ya analoq kameraya ehtiyac vardır. Tək kadr (tək Fram) tutma xüsusiyyəti olan Video Capture kartları da istifadə edilə bilər.

Stop Motion texnikası: kameranı xarakterə qarşı nizamlayıb tək Fram çəkib sonra xaraktri bir az hərəkət etdirib yeni bir kadr çəkmək və bunu təkrarlayaraq animasiyanı tamamlamaqdır. Çəkilən tək kadr şəkillərin ard-arda düzülüb (hər saniyə üçün 12-24 kadr) oynadılması ilə hərəkət əldə edilər. Səhnələr montajlanaraq film tamamlanar. Bu işlərin çoxu cizgi film texnikası ilə eynidir, fərq; stop motion animasiyada istifadə edilən gerçək 3 ölçülü xarakter, model və setlərdir.

1800-cü illərin başlanğıcından sonlarına qədər keçən zaman içində kinonun ixtirasıyla cizgi film və stop motion texnikaları istifadə edilərək film çəkmə işləri də ortaya çıxmağa başlamışdır. Model animasiyası və ya 3 Ölçülü Animasiya olaraq, stop motion, Amerikada ortaya çıxıb inkişaf edən cizgi filmin əksinə, kölgə oyunları və kukla ənənəsinə sahib Orta və Cənub Avropada daha çox istifadə edilmiş və inkişaf etdirilmişdir. Uzaq şərq, xüsusilə Yaponiya da unudulmamalıdır.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 17.07.2008 Saat: 19:22 (402 okuma)
(Devamı... | 15957 byte kaldı | Puan: 0)

 Salvador Dali

Resim ve Grafik
Salvador_DaliSalvador Dali: Sürrealizm məktəbinin parlaq günəşi

Salvador Felip Jakinto Dali Domenek sürrealist əsərləri ilə məşhurdur. Onun yaratdığı bütün əsərlər -sürrealist rəsmlər, yüksək səviyyədə çəkilmiş çertyojlar və İntibah dövrü rəssamlarının təsiri altında çəkdiyi mənzərə rəsmləri özünün qeyri-adi kombinasiyası seçilir. Dali böyük istedad və fantaziyaya malik rəssam idi. O qeyri-adi hərəkətləri ilə diqqəti cəlb etməyi çox sevirdi.

Salvador Felipe Jakinto Dali Domenek 1904-cü il, 11 May, saat 08:45-də İspaniyanın kiçik şəhərlərindən biri olan Fiqeras (Kataloniya) şəhərində orta təbəqəli notarius ailəsində anadan olub. Dali uşaqlıq illərini Fiqerasda və gözəl mənzərəli Kadakas kəndində keçirib. Burada valideynləri onun üçün ilk studiyasını tikirlər. Dali ilk rəssamıq təhsilini Munispal Rəssamlıq Məktəbində alır. 1916-cı ildə yay tətilini Kadakas kəndində keçirən Dali Parisə tez-tez səfər edən yerli rəssam Ramon Pişotun ailəsi ilə tanış olur və onun qarşısında yeni dünya açılır - o ilk dəfə özü üçün müasir tərzi kəşf edir. 1917-ci ildə atası Dali üçün öz evlərində onun kömürlə çəkilmiş rəsmlərindən ibarət ilk sərgisini təşkil edir. Dalinin ilk ictimai sərgisi 1919-cu ildə Fiqerasda, Munisipal Teatrda açılır.

Gönderen: belad Tarih: 24.06.2008 Saat: 13:55 (416 okuma)
(Devamı... | 12640 byte kaldı | Puan: 0)

 Kompüter qrafiki ile canlandırmanın inkişafı

Animasyon - Animasiya
beauty_beast - AnimasiyaKompüter qrafikası ilə canlandırmanın inkişafı

klasik canlandırma iki ölçülü dünyada həyat tapmaqdadır. Xarakterlər və məkanlar kağız üzərinə əllə çəkilib, hər kadr ayrı-ayrı fotoşəkillənər. Disney bu
2 ölçülü dünyaya 1930larda multiplane (Çox Qatmanlı) kamera ilə yeni ölçü əlavə etmək üçün bəzi işlər görmüş olsa da, canlandırma dünyasındakı əsl böyük nailiyyət, 1980-ci illər və kompüterlərin həyatımıza girməsiylə olmuşdur. 1991-ci ildə Disneyin reallaşdırdığı "Beauty and the Beast" adlı cizgi filmi ilə kompüterlə yaradılan hərəkətli məkanlar cizgi filmlərdə meydana çıxarkən, "The Lion King"də kamera hərəkətlərində, "The Hunchback of Notre Damada" qalabalıqların yaradılmasında və Mulan cizgi filmində Hunların saldırmasının canlandırıldığı səhnələrin hamısında kompüter qrafiki və 3 Ölçülü canlandırma istifadə edilmişdir. Pixarın 1995-ci ildə viziona girən Oyuncaq Hekayəsi (Toy Story) filmi, canlandırma dünyasına tamamilə kompüterdə reallaşdırılan filmləri qazandırarkən, Toy Story-nin açdığı yoldan irəliləyən AntZ, Shrek, Ice Age kimi filmlər, bu dövrün ən çox izlənilən və bəyənilən filmləri olaraq, diqqət çəkmişlər. Kompüter canlandırmasının geddikcə artan cazibəsi indiki vaxtda canlandırma dünyasının yenidən qurulmasına gətirib çıxarmışdır.

Ardı üçün aşağıdakı "Devamı"nı basın.

Gönderen: belad Tarih: 22.06.2008 Saat: 11:04 (486 okuma)
(Devamı... | 25157 byte kaldı | Puan: 0)


     Search



     Rand Video

Bambi Bambi and Faline Dub


     Video 3

Most Viewed Video Peter
Peter Pan

Latest Video düşlerevi
düşlerevi çizgifilm - orhan bal

Highest Rated Video Sincab
Sincab


     Old Articles
13.08.08
· Wall.E
17.07.08
· Stop-motion texnikası ve tarixi
24.06.08
· Salvador Dali
22.06.08
· Kompüter qrafiki ile canlandırmanın inkişafı
20.06.08
· Paleolit İncesenetinde Hereket Ayırdı
10.06.08
· Maurice de Bevere (Morris)
27.05.08
· Hybrid Animation ve Treasure Planet
05.04.08
· Tim Berton (Tim Burton)
27.03.08
· Kamera Öncesi Animasyon
22.03.08
· Animasiya Texnikaları
17.03.08
· Aladdin, Cizgi Filmi üzre maraqlı nöqteler
12.03.08
· James Stuart Blackton
05.03.08
· John Halas ve Joy Batchelor
29.02.08
· AZERBAYCAN KİNOSU - AĞ VE QARA TESVİRLER
28.02.08
· Tex Avery
25.02.08
· Paul Grimault
19.02.08
· Karel Zeman
17.02.08
· Caroline Leaf
11.02.08
· İranda İlk Animasyon Filmi
09.02.08
· Auguste ve Louis Lumiere
06.02.08
· Öncü Animatörler ve Stüdyolar
05.02.08
· Snow White & the Seven Dwarfs
04.02.08
· Vincent van Gogh
03.02.08
· Tasviri sanat 19. yüzyılda ve 20. yüzyılın birinci yarısınd
29.01.08
· Jafar Najibi (Cefer Necibi)
· Azerbaycan kinosu
· Qasım bey Zakir
20.01.08
· En eski zamanlardan islama kadar mimarlığın gelişmesi
· Azerbaycan minyatür sanatı ve mektebleri
19.01.08
· Azerbaycan Sinrma sanatının yaranma tarihi

Eski Haberler

     Random Headlines

Architecture
[ Architecture ]

·En eski zamanlardan islama kadar mimarlığın gelişmesi
·Ağa Mirek Mirza Qiyası




Designed By: www.okhdar.com


PHP-Nuke Copyright © 2006 by Francisco Burzi. This is free software, and you may redistribute it under the GPL. PHP-Nuke comes with absolutely no warranty, for details, see the license.
Sayfa Üretimi: 1.20 Saniye